“Qarabağ” Kevin Medina ilə bağlı qərar verdi – açıqlama

11.12.2024 21:34 3 630
Aktual / Ölkə futbolu
“Qarabağ” sabah Avropa Liqasının əsas mərhələsində “Elfsborq”un qonağı olacaq. Ağdamlılar artıq İsveçdədi.

Məlum olduğu kimi, “köhlən atlar” rəqibinin önünə itkilərlə çıxacaq. Kevin Medina, Bəhlul Mustafazadə və Aleksey İsayev zədəlidi. Buna baxmayaraq, komandayla birgə İsveçə yollananlar sırasında Medina da var.

Əslində baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçməli olan futbolçu vətənində - Kolumbiyada da müalicə oluna bilərdi. Lakin klub məsələylə bağlı fərqli qərar verib. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, Medinanın “köhlən atlar”ın həkimlərinin nəzarətində qalması məqsədəuyğun sayılıb.

Xatırladaq ki, Medina Misli premyer-liqasının 15-ci turunda keçirilən “Neftçi” – “Qarabağ” matçında (0:3) sıradan çıxıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul