Medina “Bayer-04”ə qarşı oynayacaq?

27.02.2024 17:32 255
Ölkə futbolu
“Qarabağ”ın müdafiəçisi Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnmişdi.

Görəsən, kolumbiyalı nə vaxt yaşıl meydana dönəcək? Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə oyunlarda iştirakı gözlənilirmi? Bu suallarla "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

“Kevin Medina hazırda məşqləri davam etdirir. “Beyer 04”lə keçiriləcək oyuna vaxt var deyə, indidən nəsə demək tezdi. Yəqin ki, sonda nə dərəcədə hazır olmasından asılı olaraq, məşqçilər heyətimiz qərar verəcək”.

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul