Kevin Medina “Qarabağ”da qala bilər

25.07.2023 18:51 289
Premyer-liqa / Manşet
Kevin Medina “Qarabağ”dan ayrıla bilər.

“Football-plus.az” xəbər verir ki, kolumbiyalı müdafiəçi ilə “Rizəspor” yaxından maraqlanır. Lakin onunla bağlı qeyri-müəyyənlik davam edir. Bir neçə gün öncə diqqətinizə çatdırmışdıq ki, Medina “köhlən atlar”dan ayrılsa, superliqa təmsilçisi ağdamlılara ödəniş etməyəcək. Lakin bu məsələdə yeni müəmma ortaya çıxıb. Futbolçu ilə “Rizəspor” razılıq əldə edə bilmir. Medina superliqa təmsilçisinin təklif etdiyi maaşla razılaşmır. Bu səbəbdən də onun keçidi alınmır. Ola bilər ki, Kevin ilə “Rizəspor” “transfer pəncərəsi” bağlanana kimi razılığa gəlsin. Belə olmayacağı təqdirdə, kolumbiyalı müdafiəçi Ağdam təmsilçisində qalacaq.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul