Rəhmana güvənmədi, Mikelslə Simiçi də ehtiyatda saxladı – Dambrauskadan qəribə seçim

25.11.2026 20:48
Aktual
Təxminən bir saatdan sonra ÇL-in “Sabah” – “Barselona” oyunu start götürəcək. Artıq komandaların start heyətləri açıqlanıb. “Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas “Vikinq”lə səfər oyununda olduğu kimi, yenə də heyət seçimi ilə təəccübləndirib. Ən maraqlı məqam komandanın əsas ulduzu Coy-Lens Mikelsin növbəti dəfə ehtiyatda qalmasıdı. Velko Simiçə də start heyətində yer tapılmayıb. Litvalı mütəxəssis Eyden Makkartinin yoxluğunda müdafiədə Rəhman Daşdəmirova yox, braziliyalı Junior Almayeydaya güvənib.
“Sabah”ın start heyəti belədi: Stas Pokatilov – Timoteuş Puxaç, Junior Almeyda, Stiv Solvet, Akim Zedadka – İvan Lepinitsa, Umarali Raxmonaliyev – Kristian Nvaçukvu, Du Keyros, Ksander Severina – Xəyal Əliyev. Uğur olsun!