"Qarabağ" "Elfsborq"la matçdan əvvəl bəd xəbəri elan etdi

11.12.2024 10:31 3 452
Ölkə futbolu
Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda sabah "Elfsborq"un (İsveç) qonağı olacaq "Qarabağ" daha bir itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, Bəhlul Mustafazadə matçın hazırlığı zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Daha əvvəl isə "Qarabağ"ın digər mərkəz müdafiəçisi Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin oyunu buraxacağı məlum idi.

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.