“Barselona”nın dünən “Sabah”la oyundan əvvəl keçirdiyi açıq məşq haqda xoşagəlməz xəbərlər yayılıb.
“Football-plus.az”ın məlumatına görə, İspaniya təmsilçisinin azərbaycanlı tərəfdarlarının “feysbuk”da idarə etdiyi fanklub səhifələri “bayquşlar”ın “Soldati di Sabah” azarkeş qrupunun məşqə qatıldığını və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyini iddia edib.
İş ondadı ki, məşq rəqib azarkeşlər üçün yox, media nümayəndələri və komandanın öz tərəfdarları üçün açıq ola bilər. Yəni “Sabah”ın azarkeş qrupunun nəinki rəqibi təhqir etməsi, tribunalara yol tapması belə ciddi qayda pozuntusudu. Odu ki, klubun iddialarla bağlı mövqeyini öyrənməyi lazım bildik. “Bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Football-plus.az”a açıqlamasında “Sabah” azarkeşlərinin rəqibin açıq məşqində iştirak etmədiyini bildirdi.
KƏNAN BAHADIR
ŞOK İDDİA: “Sabah” azarkeşləri “Barselona”nın məşqinə sızdı, rəqibi söydü
Avrokuboklar





