"Qarabağ" İsveçə yollandı

10.12.2024 18:01 335
Ölkə futbolu
"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda "Elfsborq"la matç üçün İsveçə yola düşüb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi yerli vaxtla saat 18.00-da çarter reysilə səfərə yollanıb. Dekabrın 11-də isə "Qarabağ" "Buros-Arena"da məşqə çıxacaq.

Qeyd edək ki, "Elfsborq" -"Qarabağ" matçı İsveç vaxtı ilə dekabrın 12-də, saat 00.00-da başlanacaq.