"Qarabağ"ın rəqibi öz meydanında uduzdu

19.10.2024 20:31 361
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Elfsborq" İsveç çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda 27-ci turda "Haken"lə qarşılaşıb.

"Elfsborq" öz meydanında 1:3 hesabı ilə uduzub. Bu nəticədən sonra "sarı-qaralar" 41 xalla 7-ci pillədə yer alıblar.

Qeyd edək ki, "Qarabağ" AL-in 6-cı turunda "Elfsborq"un qonağı olacaq. Oyun dekabrın 11-də baş tutacaq.