"Elfsborq" - "Qarabağ" matçının hakimləri

10.12.2024 13:55 379
Avrokuboklar / Avropa Liqası
Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq" (İsveç) - "Qarabağ" matçının hakimləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər idarə edəcək.

Oyunun baş hakimi Antoniu Nobre olacaq. Ona yan xətdə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.

FİFA referisi Nobrenin 38 yaşı var. O, bu mövsüm bütün turnirlərdə 15 oyun idarə edib.

Qeyd edək ki, dekabrın 12-də keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.