Millimiz İsveçə yollandı

17.11.2024 18:32 287
Yığma
UEFA Millətlər Liqası çərçivəsində İsveç yığması ilə qarşılaşacaq yığmamız oyunun keçiriləcəyi Solna şəhərinə yola düşüb.

“Football-plus.az” xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 16.30-da Qəbələ Beynəlxalq Hava Limanını tərk edib. Komandamız noyabrın 18-də Bakı vaxtı ilə saat 21.00-da matçın baş tutacağı “Strouberri Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.