Aleksandr İsak “Nyukasl”ı tərk edə bilər.
İsveçli hücumçunun “Arsenal”a keçmək şansı var. “Mirror” qəzetinin yaydığı xəbərə görə, London klubu İsakı qışda, bu plan alınmasa gələn yay heyətinə qatmağı planlaşdırır. “Nyukasl”ın bu keçidə görə “Arsenal”dan 75 milyon avro tələb etdiyi bildirilir.
İsak “Nyukasl”a 2022-ci ildə “Real Sosyedad”dan keçib. O, bu mövsüm İngiltərə klubunda 13 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.