“Real”ın zədəli yarımmüdafiəçisi Eduardo Kamavinqanın son vəziyyəti ilə bağlı xəbər yayılıb.
O, Çempionlar Liqasının 5-ci turunun “Liverpul”la matçında (0:2) sıradan çıxıb. 22 yaşlı futbolçu 57-ci dəqiqədə zədə alıb və oyuna davam edə bilməyib. Fransalı oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Eduardo bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib və 1 məhsuldar ötürmə edib.