Bir neçə həftə oynaya bilməyəcək

21.08.2024 13:50 330
Dünya futbolu
Yosip Stanişiç yeni mövsümün əvvəlini buraxacaq.

“Bavariya”nın yeni oyunçusu ağır zədə alıb. Almaniya klubunun rəsmi saytının məlumatına görə, məşqdə 24 yaşlı müdafiəçinin sağ dizinin çarpaz bağları xəsarət alıb. O, bir neçə həftəlik sıradan çıxıb.

Xatırladaq ki, Yosip “Bavariya”ya bu yay “Bayer-04”dən icarə əsasında keçib.