Luis Suares klubu ilə yenidən anlaşıb.
Məşhur futbolçu “İnter Mayami” ilə yeni müqavilə imzalayıb. ABŞ klubunun mətbuat xidmətinin məlumatına görə, 37 yaşlı uruqvaylı hücumçunun yeni müqaviləsinin müddəti MLS turnirinin 2025-ci il mövsümünün sonuna qədərdi.
Suares “İnter Mayami”nin formasında 37 matçda meydana çıxıb, 25 qol vurub və 12 məhsuldar ötürmə edib.