Ronaldodan daha bir unikal göstərici

4.12.2024 14:08 318
Dünya futbolu
Kriştiano Ronaldo daha bir unikal göstəriciyə imza atıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun 39 yaşlı hücumçusu Asiya Çempionlar Liqasının 5-ci turunun “Əl-Qarafa” (Qətər) ilə oyununda (3:1) dubl edib. Ronaldo 30 yaşından sonra vurduğu qolların sayını 450-yə çatdırıb. Onun futbolçu karyerası ərzində ümumi qol sayı isə 913-ə çatıb.

Qeyd edək ki, Kriştiano bu mövsüm “Əl-Nəssr”in heyətində 15 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.