Jatoba məşqlərə başladı

28.11.2024 13:14 310
Ölkə futbolu
“Araz-Naxçıvan”ın daha bir futbolçusu - Karlos Jatoba məşqlərə başlayıb.

"Football-plus.az" xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları - Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli premyer-liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq.