İqor Ribeyro zədəsini sağaldıb

3.04.2024 14:50 159
Premyer-liqa
“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.

"Football-plus.az" xəbər verir ki, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

28 yaşlı futbolçunun Gəncə klubu ilə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.

Qeyd edək ki, aprelin 5-də “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20.00-da başlayacaq.