"Araz-Naxçıvan"ın futbolçusu Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb. Futbolçu avqustun 27-də Bakıya dönəcək.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda meydana çıxıb.