• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kənan Kərimov: “Nə olsun ki, “Qəbələ” 1-ci liqanın ən ideal komandalarından biridi?”

Aktual / Ölkə futbolu

27-11-2024, 20:0

1-ci liqada fırtınaqabağı səssizlik davam edir. Yox-yox, şişirtmirik.

8-ci turun noyabrın 28-də keçiriləcək “Karvan” – “Qəbələ” matçında yer yerindən oynaya bilər. Şübhəsiz, bizi çox maraqlı, baxımlı, pirinsipial, hədəflərin toqquşduğu, gərgin mübarizənin start fitindən final fitinə qədər davam edəcəyi, qısası, 6 xallıq qarşılaşma gözləyir. Özü də Yevlaxda. Elə matçın baş tutacağı bölgənin adını çəkmək oyunda əməlli-başlı futbol ab-havasının hökm sürəcəyini iddia etmək üçün yetərlidi. İnanmayanlar 1-ci liqada ən çox azarkeşin hansı komandanın ev oyununda tribunalara təşrif buyurduğunu araşdıra bilər. Söhbət “Karvan”dan gedir.

Bu komandanın 1-ci liqada çıxış etməsi yalnız gənc azarkeşlər tərəfindən təbii qarşılana bilər. Stajlı futbolsevərlər bilir ki, Yevlax təmsilçisi nəinki premyer-liqada, 2005/06, 2006/07 mövsümlərində avrokuboklarda da çıxış edib. Bu yöndə “Qəbələ”nin uğurlarıyla da tanışıq. Deməli, ölkəmizin iki köklü klubu üz-üzə gələcək və münasibətləri aydınlaşdıracaq.

Maraq üçün qeyd edək ki, “qırmızı-qaralar” sonuncu dəfə premyer-liqanın 2009/10 mövsümündə yevlaxlıların qonağı olub və böyük hesabla uduzub – 0:4. İndi tale bu komandaları 1-ci liqada qarşı-qarşıya gətirir.

Bəs, kollektivlərin son durumu necədi? Onlar cari mövsümü necə keçirir? Şans kimdən yanadı? Bir az da bu suallar ətrafında...

“Qəbələ”nin 1-ci liqanın uğurlu komandalarından olduğunu desək, yanılmarıq. Düzdü, əsksəriyyət “qırmızı-qaralar”ın lider kürsüsündən əskik olmayacağını proqnozlaşdırırdı. Lakin “Karvan” ilk altı turda qələbə qazanmaqla liderliyə yiyələndi. Kaxaber Sxadadzenin komandası isə bu mərhələdə gözləniləndən artıq xal itirdi və bu üzdən hələ birinci pillə üzü görməyib. İndi meydan sahibləri liderliyini qorumaq, qonaqlar isə həmin yeri əldə etmək uğrunda tər tökəcək.

Xatırlayırsızsa, yevlaxlılar 7-ci turda evdə “Cəbrayıl”a uduzdu. Başqa sözlə, mövsümdə ilk məğlubiyyətini yaşadı. “Qəbələ” isə hələ uduzmayıb. Üstəlik qol da buraxmayıb. O bəllidi ki, nə yevlaxlılar məğlubedilməzdi, nə də qəbələlilərin qapılarından top keçirmək mümkünsüz... Bəli, “Zaqatala” yoldaşlıq oyunu çərçivəsində vurduğu qolla “qırmızı-qaralar”ın torunu silkələməyin mümkün olduğunu göstərdi. Azarkeş dəstəyi baxımından isə “Karvan”ı şansı saymalıyıq. Hər ev oyununda iki-üç min civarında tərəfdar toplayan kollektivin bu dəfə də tək qalmayacağını demək olar. Üstəlik rəqibin “Qəbələ” kimi iddialı komanda olması həmin saya müsbət yöndə təsir edə bilər.

Bəs bu, qonaqlara necə təsir edəcək? Cavab üçün qonaqların futbolçusu Asif Məmmədovun bu ayın əvvəlində qəzetimizə verdiyi açıqlamanı xatırlayaq:

“Karvan”ın ev oyunlarına xeyli azarkeş gəlir. Ordakı ab-hava çox fərqli olur. Bunun çıxışımıza təsir etməyəcəyini desəm, yalan olar. Amma biz də azarkeşlərin önündə oynamaq istəyirik. Darıxmışıq elə atmosfer üçün...”


Təbii ki, “Qəbələ”nin futbolçuları premyer-liqaya qayıtmaq şansını artırmaq üçün bütün gücünü sərf edəcək. Düzdü, vacib oyun haqda fikirlərini öyrənmək üçün klubun idman direktoru Səbuhi Səfiyarlıyla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Amma kollektivin matça ciddi yanaşacaqlarına şübhə yoxdu. Hər halda, gözləntilər bu yöndədi. Elə “Karvan”ın düşərgəsində də bütün diqqətlər “qırmızı-qaralar”la matça yönəlib. Bu barədə daha ətraflı məlumat üçün yevlaxlıların futbolçularını dinləyək.

İbrahim Qədirzadə:
“Hazırlığımız yaxşı keçir. Gündə iki dəfə məşq edirik, “Qəbələ” ilə oyuna hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaq, birinci pillədəki yerimizi möhkəmlətməkdi”.


Əli Abdullayev:
“Əlimizdəki imkanlardan maksimum yararlanmaqla “Qəbələ”yə qalib gəlməyə çalışacağıq. Məncə, çempionatın ən maraqlı və ağır oyununu keçirəcəyik. Azarkeşlərin dəstəyi bizim üçün vacibdi. Onların yardımıyla uğur qazanacağımıza inanıram”.

Peyman Keşhavarzadə:
“Bizi vacib oyun gözləyir. Hər gün məşq edirik. Oyun gününə qədər tam hazır olacağımıza inanırıq. Çox çətin matç olacaq. Azarkeşlərimizi bizə dəstək verməyə çağırıram. İnşallah, onları qələbəylə sevindirəcəyik”.


“Karvan”ın baş məşqçisi Kənan Kərimov isə "Football-plus.az"a açıqlamasında lider komandaların görüşəcəyini, matçın maraqlı olacağını dedi:

“Ən güclü kollektivlər üz-üzə gələcək. Yeddinci turda lazımsız məğlubiyyətlə üzləşdik. Həmin oyundan dərs çıxarmışıq. Futbolçularım həm psixoloji, həm də fiziki cəhətdən oyuna hazırdı. Qarşıdakı günlərdə rəqibi daha yaxşı təhlil edəcəyik. Əzmkar mübarizə aparıb layiq olduğumuz qələbəni qazanacağımıza inanıram. Belə məqamda azarkeşlərin dəstəyi çox önəmlidi. Onlara çox güvənirik. Bilirik ki, bizi sevənlər stadiona gələcək. Nə qədər çox olsalar, o qədər yaxşıdı. “Cəbrayıl”a uduzsaq da, bizi sona qədər dəstəkləməkdən vaz keçmədilər. “Qəbələ”dən çəkinmirik. Çəkinəcək bir şey də yoxdu. Nə olsun ki, “Qəbələ” 1-ci liqanın ən ideal komandalarından biridi? Heyətləri güclüdü, həmçinin əla infrastrukturları var. Oyuna hazırlıq prosesini daha keyfiyyətli həyata keçirə bilirlər. Bizi qorxudacaq nəsə yoxdu. Tərəfdarlarımız üçün baxımlı hücum futbolu sərgiləyib istədiyimiz nəticəni qazanmaq istəyirik. Bir xalın bizə sərf etdiyini bilirik. Amma məqsəd qələbə olacaq. Bəli, “Qəbələ” hələ 1-ci liqada qol buraxmayıb. Ümid edirik ki, bu tilsimi biz qıracağıq”.


Qeyd edək ki, oyun noyabrın 28-si, saat 14.30-da Yevlax şəhər stadionunda başlayacaq. “Karvan” 18 xalla birinci, “Qəbələ” 17 xalla ikinci sıradadı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

13-09-2024, 14:0

“Bu il "Karvan"ın hədəfi ilk “üçlük”də qərarlaşmaqdı” – Kənan Kərimov

Aktual / Ölkə futbolu

11-11-2024, 11:0

"Futbolçularda yaranan arxayınlıq..." - Kənan Kərimov sensasiyanı belə izah etdi

Aktual / Ölkə futbolu

30-10-2024, 23:0

“Mövsüm ərzində “Karvan”la üç dəfə qarşılaşacağıq” – “Qəbələ” 4 xal fərqinə görə narahat deyil

Ölkə futbolu / Manşet

15-06-2024, 17:0

“Əlbəttə, Yevlax azarkeşlərinə çempionluq yaraşır” – Kənan Kərimov təzadlı durum haqda

Aktual / Ölkə futbolu

25-10-2024, 12:0

Qəbələli azarkeşlər günahkardı, ya yox? – cəmi 293 nəfər...

Aktual / Ölkə futbolu

8-10-2024, 16:0

"Kimliyindən asılı olmayaraq..." - Kənan Kərimov zirvəni əldən vermək istəmir

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə