“Mövsüm ərzində “Karvan”la üç dəfə qarşılaşacağıq” – “Qəbələ” 4 xal fərqinə görə narahat deyil

30.10.2024 23:09 1 063
Aktual / Ölkə futbolu
“Qəbələ” 1-ci liqada keçirdiyi ilk altı oyunda məğlub olmayıb.

Lakin iki dəfə “sülh”ə razılaşan “qırmızı-qaralar” artıq lider “Karvan”dan 4 xal geridədi. Yevlax təmsilçisi buna ardıcıl altı qələbəylə nail olub.

Bəs mövcud durum “Qəbələ”nin çempionluq iddiasını təhlükə altına salırmı?

“Football-plus.az” bu sualla klubun idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdi:

“Qarşıdakı hələ 12 oyun var. Çox şey dəyişə bilər. Komandamız yoluna məğlub olmadan davam edir. Vəziyyət bizi narahat etmir. Bilindiyi kimi, mövsüm ərzində “Karvan”la üç dəfə qarşılaşacağıq. Oyun sayı çoxdu. 6 turdan sonra hansısa təhlükədən danışmaq üçün tezdi”.


Maraq üçün qeyd edək ki, Səbuhi bəyin nəzərdə tutduğu üç oyundan ikisi “Karvan”ın meydanında keçiriləcək.

KƏNAN BAHADIR