"Qarabağ" Çexiyaya yola düşdü

22.08.2022 10:02 452
Çempionlar Liqası
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyunu üçün Çexiyaya gedib.

"Footbal-plus.az" xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Bu gün Bakı vaxtı ilə 21.30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22.00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23.00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.