Millimizin İsveçlə oyununun biletləri satışa çıxarılacaq

22.08.2024 21:07 339
Yığma
Sentyabrın 3-də UEFA Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyununun biletləri satışa çıxarılacaq.

“Football-plus.az” İsveç mətbuatına istinadən xəbər verir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.

Qeyd edək ki, İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.