Millimiz Qəbələdə növbəti məşqə çıxdı

14.11.2024 06:02 342
Ölkə futbolu
Millimizin Qəbələ şəhərində təlim-məşq toplanışı davam edir.

"Football-plus.az" xəbər verir ki, Fernano Santuşun baş məşqçilik etdiyi yığmamızın hazırlıq prosesi Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilir.

Yığmamız C liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da, saat 18.00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23.45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.