Amorimin yerini tutdu

14.11.2024 20:27 355
Dünya futbolu
“Sportinq”i tərk edən Ruben Amorimin xələfi məlum olub.

“Mançester Yunayted”ə yollanan portuqaliyalı mütəxəssisin yerini Joao Pereyra tutub. O, bu təyinata qədər Lissabon klubunun ikinci komandasını çalışdırıb.

40 yaşlı məşqçi 2021-ci ildən “Sportinq”in strukturuna daxildi.