Poçettinonun yerini kim tutacaq?

8.03.2024 15:55 171
Dünya futbolu
Maurisio Poçettinonun yeni mövsümdə “Çelsi”də işləyib-işləməyəcəyi məlum deyil.

Argentinalı mütəxəssisin mövsümün sonunda işini itirmək ehtimalı qalır. Komandanın premyer-liqada qeyri-qənaətbəxş çıxışı rəhbərliyi ona xələf axtarışına başlamağa vadar edir.

“The Guardian” qəzeti baş məşqçi postuna iki namizədin müəyyən edildiyini yazıb. Onlar Ruben Amorim (Sportinq) və Roberto De Zerbidi (Brayton).