Lissabondan Mançesterə üz tuta bilər

14.10.2024 20:25 250
Dünya futbolu
Ruben Amorim hazırkı iş yerini tərk edə bilər.

Onun “Sportinq”dən ayrılaraq “Mançester Yunayted”ə yollanmaq şansı var. Portuqaliyalı mütəxəssisin iş yerini dəyişə biləcəyini “Give Me Sport” xəbər verib. Bu mənbə Amorimin İngiltərə klubundan istefaya göndərilmək ehtimalı daha da artan Erik ten Haqın yerini tuta biləcəyini qeyd edib.
MY hazırda premyer-liqada keçirdiyi 7 oyunda 8 xal toplayıb və 14-cü yeri tutur.