Kloppun xələfi ilə razılıq əldə olunub

11.04.2024 12:50 161
Dünya futbolu
Yürgen Kloppun “Liverpul”dakı xələfi məlumdu.

Alman mütəxəssis bu ilin yanvarında mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. “Liverpul” artıq “Sportinq”in baş məşqçisi Ruben Amorimlə ilkin razılığa gəlib. Böyük Britaniya mətbuatının məlumatına görə, 39 yaşlı portuqaliyalı mütəxəssislə şifahi razılıq əldə edilib. Onun mövsümün sonunda İngiltərə klubuna baş məşqçi təyin olunacağı gözlənilir.

Amorim “Sportinq”ə 2020-ci ildən baş məşqçilik edir. Komanda onun rəhbərliyi altında Portuqaliya çempionu olub və 2 dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. Lissabonlular hazırda ölkə çempionatında liderlik edirlər.