Maraqlıdı, qəbələli azarkeşlər bu oyunda izdiham yaradacaqmı?
“Red Black Army” fanklubunun rəhbərlərindən sayılan Cavad Şərifliyə bu sualı ünvanladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Estoniya ilə oyun üçün xüsusi hazırlığımız yoxdu. Azarkeş qrupumuzun üzvlərinə demişik ki, kim istəyirsə, bu oyunda iştirak edə bilər. Qrup şəklində olmasa da, azad şəkildə kim istəsə, gəlib milliyə dəstək olacaq. Sadəcə, bir problem var ki, biletlər onlayn satılır. Mənim özümdən yüzlərlə insan maraqlanıb ki, hardan, necə almaq olar... Hamısını başa salmışam ki, "iticket.az" saytından alın. Çoxu onu başa düşmədiyindən, ala bilmir. Satış nöqtələri olsaydı, daha çox azarkeş gələrdi, biletlər daha tez satılardı”.
RÖYANƏ OĞUZ


