"Qarabağ" - "Frayburq" matçı üçün əlavə biletlər satışda

2.11.2022 15:33 480
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin biletləri "iticket.az" və kassalardan almaq mümkündür.

30, 31, 37 və 38-ci sektorlara olan biletlər onlayn deyil, yalnız kassalarda satılır.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11.00-dan 20.00-dək);
"Iticket.az"ın satış məntəqələri ("iticket.az"da onlayn satış);
"Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopunda (11.00-dan 20.00-dək), eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərində satılır (11.00-22.00).