Ronaldonu "Mançester Yunayted"ə qaytaran baş məşqçidən şok etiraf

12.11.2024 23:27 314
Dünya futbolu
"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer çarpıcı etirafla gündəmə gəlib.


"Football-plus.az" xəbər verir ki, NRK-nın podkastında qonaq olan mütəxəssis Kriştiano Ronaldonun 2021-ci ildə komandaya qaytarılmasının yanlış addım olduğunu deyib:

"Biz Ronaldonu yenidən "Mançester Yunayted"ə gətirdik. Həmin vaxt "İpsviç"in baş məqçisi Kiran Makkenna mənə səhv etdiyimi dedi. Halbuki mən doğru davrandığımı düşünürdüm. Sonra bizdə heç nə alınmadı. Məqsədimiz "Mançester Siti"yə həm meydanda, həm də eqo döyüşlərində qalib gəlmək idi. Yenə də "Mançester Yunayted"də etdiklərimə görə peşman deyiləm. Əksinə, həmin anları xatırladıqda qürur duyuram. Lazım olan qədər qələbələr qazansaydıq, indi hər şey başqa cür ola bilərdi".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul