Kristiano Ronaldo cari mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər.
Bu barədə yerli mətbuat xəbər yayıb. Növbəti mövsümdən "Mançester Yunayted"in baş məşqçisi olacaq Erik ten Han hücumçunu komandasında görmək istəmir. Mütəxəssis klub rəhbərliyi ilə danışıqlarda Ronaldonun planlarına daxil olmadığını və oyun tərzinə uyğun gəlmədiyini bildirib.