Onun həmin anda rahat şəkildə gəzişməsi isə futbolsevərlər arasında söz-söhbətə səbəb oldu. Çünki zədə üzündən mövsümü başa vuran İkardinin diz bağları qopub və onun yaxın günlərdə əməliyyat olunacağı gözlənilir. Məsələnin böyüməsindən sonra ''Cim-Bom''un baş həkimi Yenər İncə açıqlama verməli olub. O, İkardi ilə bağlı səsləndirilən tənqidlərə belə cavab verib:
''Cahillik həqiqətən də çox pis şeydi. Kim dedi ki, diz bağı qopan futbolçu yeriyə bilməz? Türkiyədə məndən çox diz bağı əməliyyatı edən həkim yoxdu. Bu zədə insanın normal şəkildə yeriməsinə mane olmur. Hətta bu zədə ilə oyunu tamamlayan futbolçular da olub. İbrahimoviç isə bir dəfə bu cür zədə ilə hətta 67 dəqiqə meydanda qalaraq sona qədər oynamışdı. Bir daha deyirəm ki, diz bağının yeriməklə heç bir əlaqəsi yoxdu''.
ƏLİ





