''Qalatasaray''da Mauro İkardi ilə bağlı problem yaşandığı, amma bunun yoluna qoyulduğu məlum olub.
'Milliyət'' nəşrinin yazdığına inansaq, argentinalı forvardın ötən mövsümdən qalan maaşının bir hissəsi və imic haqları da daxil olmaqla klubdan təxminən 5 milyon avro alacağı var imiş. İkardi bu pulun ödənilməsi ilə bağlı rəhbərlikdən səs-səmir gəlmədiyini görərək fevralın ortalarında ''Qalatasaray''a xəbərdarlıq məktubu göndərdi. Orda qısa və konkret ''ya pulumu martın 5-nə qədər ödəyirsiz ya da müqaviləni qarşılıqlı şəkildə ləğv edirik'' ifadəsi qeyd olunmuşdu. Son günə qədər gözləmə mövqeyində olan rəhbərlik son anda futbolçu ilə anlaşa bildi. Belə ki, həmin məbləğin faizi ilə birlikdə hissələrə bölünərək İkardiyə verilməsi ilə bağlı anlaşma əldə olundu və hətta bu, sənədləşdirildi. Yalnız bundan sonra məşqə çıxmağa razılıq verən İkardi cümə günü ''Çaykur Rizəspor''a qarşı oyunda meydana çıxaraq qol da vurdu.
ƏLİ