Cavid Hüseynovun ilk köməkçisi məlumdu - “Elə bu iki günə də...”

12.11.2024 16:45 537
Aktual / Ölkə futbolu
“Səbail” yeni baş məşqçisinin adını ictimaiyyətə açıqladı.

Gözlənildiyi kimi, “sükan arxasına” Cavid Hüseynov keçdi. “Turan Tovuz”dan ayrılan mütəxəssislə ikiillik müqavilə imzalanıb. Artıq ona yardım edəcək məşqcilərdən bir məlumdu - Elvin Məmmədov. Ötən həftə komandanı meydana çıxaran Məmmədov təsadüfən seçilməyib. O, ötən mövsüm “Cəbrayıl”da da dostuna kömək etmişdi. İndi isə iki dost çiyin-çiyinə verib “Səbail”i bu durumdan çıxarmağa çalışmalıdı.

Elvin Məmmədovla əlaqə saxlayıb, yeni təyinat barədə sual ünvanladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:

“Komanda istirahətdədi. İki gündən sonra yığılacaq. Elə bu iki günə də hər şeyə aydınlıq gələcək”.

RÖYANƏ OĞUZ