Cavid Hüseynov rəsmən “Səbail”də

12.11.2024 16:14 421
Ölkə futbolu
Cavid Hüseynovun “Səbail”də baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.

36 yaşlı mütəxəssislə 2025/26-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, Bakı təmsilçisi ilə noyabrın 13-də ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Hüseynov son olaraq “Turan Tovuz”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.