Mahir, Toral və Bəhlul azarkeşlərlə görüşəcək

11.11.2024 12:38 276
Ölkə futbolu
Millimizin üzvləri - Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək.

"Football-plus.az" xəbər verir ki, görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində keçiriləcək. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.

Görüş sabah, saat 16.30-da “Gabala Garden Hotel”də olacaq.