Millimizin heyəti açıqlandı

2.06.2023 19:12 271
Yığma / Manşet
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Heyətə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar - Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Səbail"), Yusif İmanov ("Sabah");

Müdafiəçilər - Amin Seydiyev ("Sabah"), Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə (hamısı “Qarabağ), Cəlal Hüseynov (“Şamaxı”), Azər Salahlı, Höccət Haqverdi (hər ikisi “Neftçi”), Anton Krivotsyuk, (“Deajon Hana”, Cənubi Koreya);

Yarımmüdafiəçilər - Qismət Alıyev (“Zirə”), Elvin Camalov, Aleksey İsayev (hər ikisi “Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi”), Coşqun Diniyev, Filip Ozobiç (hər ikisi azad agent);

Hücumçular - Ramil Şeydayev (azad agent), Namik Ələskərov (“Sabah”), Musa Qurbanlı (“Qarabağ”), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Konyaspor”, Türkiyə).

İyunun 17-də "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20.00-da başlayacaq.