Millimizin Qazaxıstanla görüş üçün iştirak ərizəsi

25.09.2022 10:30 361
Yığma
Bu gün Millətlər Liqasının qrup mərhələsinin 6-cı turuna start veriləcək.

Millimiz son oyunda Qazaxıstanla qarşılaşacaq. Komandamızın ev görüşü üçün iştirak ərizəsi açıqlanıb. UEFA-nın saytında paylaşılan siyahıya görə, 3 futbolçu matçda iştirak etməyəcək. Riçard Almeyda cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq. "23-lük"də yer almayan digər iki oyunçu isə Amin Seydiyevlə Qismət Aliyevdi.

Qapıçılar - Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev;

Müdafiəçilər - Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqverdi, Abbas Hüseynov, Anton Krivotsyuk;

Yarımmüdafiəçilər - Toral Bayramov, Elvin Cəfərquliyev,Filip Ozobiç, Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev, Eddi İsrafilov, Emin Mahmudov, Ozan Can Kökcü;

Hücumçular - Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov, Mahir Emreli.