Mahir Emrelinin komandası azarkeşlərlə görüşəcək

20.04.2022 16:45 440
Dünya futbolu
"Dinamo" (Zaqreb) 111 yaşını qeyd etməyə hazırlaşır.

Xorvatiya klubu bu münasibətlə azarkeşlərlə görüş və şənlik keçirəcək. 26 aprel tarixində "Dinamo fest" adlı ad günü şənliyi və fanatlarla ünsiyyət təşkil ediləcək.

Tədbir Zaqrebin mərkəzindəki Avropa meydanında baş tutacaq. Klub tərəfindən azarkeşlərə sürprizlər hazırlandığı bildirilib.