“Mançester Yunayted” Alexandro Qarnaço ilə yeni müqavilə imzalamağa hazırlaşır.
ESPN-in məlumatına görə, rəhbərlik artıq 18 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib. Tərəflər tezliklə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaqlar. Yeni müqavilədə futbolçunun maaşı komandadakı yeni statusuna və əldə edəcəyi irəliləyişlərə uyğun olaraq tənzimlənəcək. Bundan əlavə, Alexandro inkişaf etdikcə qazancı da tədricən artacaq. Qarnaçonun klubla hazırkı müqaviləsinin müddəti 2024-cü ilə qədərdi.