İvan Perişiç Çempionlar Liqasının yeni rekordçusu olub.
"Football-plus.az" xəbər verir ki, PSV-nin yarımmüdafiəçisi turnirin əsas mərhələsinin “Real”la oyununda qol vurmaqla tarixə düşüb. 37 yaşlı xorvat futbolçu 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
“Opta”nın məlumatına görə, bununla da Perişiç turnirin tarixində əsas mərhələdə penalti vuran ən yaşlı futbolçu olub. O, qapıya 37 yaş 295 günlüyündə yol tapıb. İvan eyni zamanda Çempionlar Liqasında “Real”a qol vuran ən yaşlı oyunçu rekordunu da adına yazdırıb.
Qeyd edək ki, ilk hissəni məğlub başa vuran “Real” Niderlandın son çempionuna 5:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqasının rekordçusu oldu
Dünya futbolu



