Tyaqo Silva yaş amilinə baxmayaraq, yaşıl meydandakı çıxışını davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, məşhur braziliyalı futbolçu karyerasını başa vurmağı təxirə salaraq daha bir mövsüm oynamağı planlaşdırır.
“The Touchline”ın məlumatına görə, 42 yaşlı Tyaqo özünü fiziki cəhətdən yaxşı hiss edir və ailəsi də onun karyerasını davam etdirməsini dəstəkləyir. “Fluminense” rəhbərliyi də təcrübəli müdafiəçi ilə müqavilənin müddətini 2027-ci ilin sonunadək uzatmaq istəyir.
Silva yetirməsi olduğu “Fluminense”yə buy ay qayıdıb. O, karyerası ərzində “Milan”, PSJ və “Çelsi”də də çıxış edib. London klubunun heyətində 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.
42 yaşında da dayanmayacaq!
Dünya futbolu





