"Sabah" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Barselona"nı qəbul edir.
Oyundan əvvəl sizi "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın qəribə start heyəti seçimi ilə tanış etmişik. Belə ki, litvalı mütəxəssis İspaniya nəhənginə qarşı ilk "11-lik"də komandanın aparıcı futbolçuları Coy-Lens Mikelslə Velko Simiçə yer verməyib. Hər iki futbolçu hazırda matçı ehtiyat oyunçular skamyasından izləyir.
"Football-plus.az" çalışdırıcının bu cür qəribə seçim etməsinin səbəbini öyrənib. Məlum olub ki, həm Mikelsin, həm də Simiçin yüngül zədəsi var. Almaniyalı Ruanda millisinin düşərgəsində sıradan çıxıb. Noyabrın 4-də "Vikinq"ə qarşı oyunda zədələnən Simiç də hələ tam bərpa olmayıb. Dambrauskas bu səbəbdən oyunçuların sağlamlığını ilk dəqiqələrdən risk altına atmaq istəməyib. O başqa məsələ ki, hər iki oyunçu qalan vaxtda şans qazana bilər.
Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Kataloniya təmsilçisi 1:0 hesabı ilə öndədi.
KƏNAN BAHADIR
Dambrauskas "Barsa" ilə oyunun start heyətində Mikelslə Simiçə niyə güvənmədi? - bir qərarın sirri
Manşet / Avrokuboklar





