Ronaldo daha 13 qol vursa…

25.11.2026 22:31
Dünya futbolu
Kriştiano Ronaldo əsas hədəflərindən olan 1000 qol vurmağa bir qədər də yaxınlaşıb.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu Asiya Çempionlar Liqasında “Əl-Sədd”ə 2:1 hesabı ilə qalib gəldikləri matçın 13-cü dəqiqəsində hesabı açıb. 41 yaşlı portuqaliyalı futbolçu özü qazandığı penaltini dəqiq yerinə yetirib. Bu, Kriştianonun karyerasına 987-ci qol kimi düşüb.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 146 qolu Portuqaliya yığmasının formasında, 841 qolu isə bir neçə klubda vurub.