''Real''ın əfsanəsi klubsuz qaldı

3.11.2024 20:08 312
Dünya futbolu
Braziliyanın iddialı klublarından olan ''Fluminense'' gözlənilməz qərar qəbul edərək bunu rəsmən açıqlayıb.

Rio De Janeyro təmsilçisi ünlü futbolçu Marselo ilə qarşılıqlı şəkildə anlaşaraq yollarını ayırıb. 36 yaşlı Marselo ən son ''Qremio''ya qarşı matçın son anlarında oyuna daxil olmaq üzrə olarkən istəksiz davranışları ilə diqqət çəkmişdi. Bu üzdən baş məşqçi Bruno Menezeş aralarında baş tutan söhbətdən sonra son anda fikrini dəyişərək onu meydana buraxmaqdan imtina etmişdi. Güman olunur ki, Marselonun məhz bu hərəkəti bardağı daşıran son damla oldu. Livertadores Kubokunun son qalibi statusunda olmasına baxmayaraq ''Fluminense'' cari mövsümü çox bərbad keçirir.

Komanda 32 turu arxada qalan Braziliya çempionatında topladığı 37 xalla 13-cü pillədədi. Xatırladaq ki, Marselo ''Real''ın əfsanələrindən hesab olunur. O 2006-22-ci illərdə Madrid nəhənginin heyətində top qovaraq saysız-hesabsız titullar qazanmışdı. ''Sambaçı'' ''Real''dan ayrıldıqdan sonra qısa müddətli ''Olimpiakos'' macərası yaşamış və ötən ilin fevralında ''Fluminense''yə transfer olunmuşdu. O, bu klubda 107 rəsmi oyuna çıxaraq 11 qol, 3 məhsuldar ötürməlik performans sərgilədi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul