• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnanmıram ki, Fernando Santuş 5 il yaşaya bilə” - Zaur Ramazanov İlqar Qurbanova haqq qazandırdı

Aktual / Müsahibə

2-11-2024, 22:0

Azərbaycan futbolunun yaxın keçmişində iz qoyanlardan biri də Zaur Ramazanovdu.

Vaxtilə ölkənin tanınan klublarının formasını geyən Ramazanov hazırda AFFA-da çalışır, daha dəqiqi, U-13-dən U-19-a qədər yığmaların əlaqələndiricidi.

- Azərbaycan çempionatını izləyirsizmi?
- Arabir izləyirəm. Fərqi yoxdu “Neftçi”, “Qarabağ” və ya “Zirə” - imkan tapanda oyunları izləyirəm. Demək olar ki, komandaların bir çoxu səviyyəcə eynidi. “Qarabağ”ı çıxmaq şərti ilə. Klublar yerində sayır, premyer-liqada kim istəsə, o birini uda bilir.

- “Qarabağ” tərəzinin bir, qalan klublar o biri gözünə qoyulur. Bu, “Qarabağ”ın daha üst səviyyəyə qalxması, yoxsa başqalarının inkişafdan qalması ilə bağlıdı?
- “Qarabağ” daim Avropada oynayır, bu üzdən ilbəil “artırır”. Həm də qarşılaşdığı rəqiblər bizim komandalarla eyni səviyyədə deyil. Başqalarının inkişaf etməməsi məşqçi istefaları ilə bağlıdı. Məşqçiyə ən azı 4-5 il vaxt versinlər ki, inkişaf görsünlər. Yox, bizdə sponsorun bir qədər artıq pulu varsa, deyir ki, mən yer tutmalı, titul qazanmalıyam. Mahmud Qurbanovla “Səbail”də olan vaxtımızı götürək. Bizə demişdilər ki, sizdən iki il ərzində inkişaf istəyirik. Heç 5 ay şans vermədilər. Yəni burdakı tələblərlə inkişafımız çətin görünür. Amma “Qarabağ”da, demək olar, hər şeyi Qurban Qurbanov həll edir. O nə desə odu, yəni hər şey məşqçinin səlahiyyətindədi. İndiki məşqçilər qorxa-qorxa işləyir ki, sabah  nəsə olar. Ona görə də inkişafdan danışmaq olmaz.

- Bəs sizə premyer-liqadan istədiyiniz təklifi gəlmədi, yoxsa özünüz məşqçi kimi davam etmək istəmədiz?
- Bilirsiz, indi futbolçular üçün çətindi. Yəni başqa sahələrdən olan adamlara iş tapılır, nəinki futbolçuya. Çoxu özündən yaşlı, güclü və ya çox bilən insanı istəmir. Bu gün kluba rəhbərlik edirəmsə, kimi istəsəm, məşqçi qoya bilərəm. Adam lazımdı ki, harasa təyinat alasan. Ya da kiməsə gedib yaxın olmalı, yaltaqlıq etməlisən. Bunlar da mənim təbiətimdə yoxdu. Elə qıraqdan baxıram, belə yaxşıdı.

- Bundan sonra sizə istədiyiniz şərtlər altında təklif göndərsələr, məşqçi kimi çalışmaq istəyərsizmi?
- Niyə də yox?! İşləyənlər məgər bizdən artıqdı?! Sadəcə, imkan vermirlər.

- Aşağı yaşlılar arasında gələcəyin Zaur Ramazanovunu görürsüzmü?
- Mən arada 13,14, 16, 17 yaşlı uşaqlara baxıram, elə istedadlı uşaqlar görürəm ki... Sadəcə, bizdə komanda sayı az, həm də sponsorlar yer tutmaq həvəsində olduğuna görə bu uşaqlara imkan vermirlər. Onları meydana buraxmağa qorxurlar. Bəzisi əsgərlikdə itib-batır. İstedadlı uşaqlar çoxdu, görürəm. Amma bu gün premyer-liqada mənə yaxın duracaq futbolçu yoxdu. İnanmıram ki, yaxın 5-10 ilə də ola. Ötən mövsüm “Qarabağ”da Nəriman Axundzadə ulduz idi. Nərimanı bu gün aparıb başqa kluba - “Neftçi”yə və ya “Səbail”ə qoysaq, onda görünməyəcək. Çünki “Qarabağ”da onu oynadan, ustalıq səviyyəsi yüksək olan legionerlər var. Nəriman, yəqin ki, özündənrazı olub, bəlkə də elə fikirləşib ki, artıq ulduzdu – bunu deyə bilmirəm. Amma elə fikirlər də futbolçunu uçuruma salır. Ən yaxşısını Qurban Qurbanov bilir.

- Müsahibələrinizin birində demişdiz ki, “qardaşımın məndən yaxşı futbolçu olmasını arzulayıram”. Ağabala sizdən yaxşı futbolçu ola bildi?
- Yox, ola bilmədi. Mənə yaxınlaşa bilmədi, olsaydı, daha yaxşı. Düzdü, mən “Xəzər-Lənkəran”da olanda – Yunis Hüseynovun köməkçisi kimi çalışanda Ağabalaya çox şey öyrədir, başa salırdım. Deyirdim ki, Ağabalanın qabağına çıxan olmayacaq, belə gedişlə məni də üstələyə bilər. Amma sonra başqa kluba getdi, məşqlər fərqli idi. Son illər aldığı zədələr də ona çox mane oldu. Həm də Ağabala özünü qoruyan futbolçudu, belədə də həmişə zədə alır. Məsələn, mən oyuna çıxanda heç vaxt zədəni fikirləşmirdim, amma o oyundan  əvvəl deyirdi ki, “bu yerim ağrıyır, bir yerim zədələnər”. Belə şeyi fikirləşən oyunçular da zədə alır. Ona bu, çox mane oldu, özünü istədiyi kimi göstərə bilmədi.

- Başından ağır zədələnib, karyerasını erkən bitirmək məcburiyyətində qalmasaydı, ola bilərdimi, yoxsa artıq o şansı itirmişdi?
 - Yox, o şans getmişdi, çünki artıq 31 yaşı  var idi. Amma Azərbaycan çempionatı üçün pis deyildi.

- Qardaşınız karyerasını bitirib “Zirə”də məşqçiliyə başlayanda sizdən məsləhət aldı?
- Mənə dedi ki, bir az qulağımda problem var, bilmirəm necə olar. Başla oynamaq şansı çox azdı. Futbolda da başla oynamaq çox vacibdi. Mən də dedim ki, sağlamlığını qorumaq istəyirsənsə, nəyəsə ehtiyacın yoxdusa, məşqçiliyə başla. Mən də ona belə olmasını məsləhət gördüm.

- Yeri gəlmişkən, “Xəzər-Lənkəran”ın yenidən yaranması zaman-zaman müzakirə olunur...
- Dostlarla oturanda bu yöndə müzakirə aparırıq. Qayıtsa, daha yaxşı olar. Lənkərandan çoxlu zəng gəlir ki, nə vaxt qayıdır və s. “Xəzər-Lənkəran”ın olması vacibdi, çünki orda futbolu bilənlər çoxdu.

- İkinci liqada mübarizə aparan “Lerik” hazırda cənubun yeganə  peşəkar klubudu. Nədənsə cənublular ona lazımınca dəstək vermir.
- Cənublular  hamısı “Xəzər-Lənkəran”la böyüyüb. Xəzər adı başqa bir şeydi. Ancaq və ancaq “Xəzər-Lənkəran” olsa, azarkeşlər sevinə bilər.

- Son vaxtlar bütün yaş qrupları üzrə yığmalarımız ağır məğlubiyyətlər alır. Bu nə ilə bağlıdı?
- Görürəm ki, aşağı yaş qruplarında istedadlı uşaqlar var. Amma bu gün hər məşqçinin öz taktikası var. Ona görə kim düz yolda, kim səhv yoldadı deyə bilmərəm. Çünki onların məşq prosesində olmur və ya qarışa bilmirəm. Bu gün deyirlər ki, biz getdik Niderlandla oynadıq, onların 16-17 yaşlıları tanınmış klublarda oynayırlar. Bəs bu özbəklər, türkmənlər necə Avropada başabaş oynayır, yer tutur?! Demək istəyirəm ki, bunlar vacib deyil. Əsas məşqçidi, çox şey ondan aslıdı. Material tapmaq asandı, iki-üç ilə nəsə etmək olur. İndi U-16–nın məşqçisi çıxır U-19-a gedir, U-21-dən çıxan U-15-ə gəlir və s. Yəni məşqçilər karusel çəklində fırlanır, bir başqasına da şans verilməlidi.

- İlqar Qurbanovun vaxtilə yığmaya sifarişlə futbolçuların çağırılması haqda açıqlaması da geniş əks-səda doğurdu. Sizin dövrünüzdə belə şey olmuşdu?
-  İlqarın sözündə həqiqət görürəm. Düzdü, o sualın Qurban Qurbanova dəxli yoxdu, onu hamı tanıyır.  İlqar bilir kimə nə deyir. Ağabalanın vaxtında da gördüm ki, klubların çoxusuna sifariş edilir. İndi “Sumqayıt”ın rəhbəri olan Riad Rəfiyev özü də kimlərisə dəvət edirdi. Ağabalanı bilərəkdən milliyə çağırmırdılar. Mənim özümü neçə il Şahin Diniyev milliyə çağırmadı, yəni elə şeylər olub, mən də razıyam. Bu gün İlqar Qurbanov tək deyil, bu sözü mən də həmişə demişəm. Qeyri-adi şey deyil, nə varsa, onu deyib. İlqarın dediyinə görə, indi komandanın idman direktoru olsa da, oyuna bir neçə saat qalmış heyəti öyrənir.

- “Milliləşdirilən” futbolçular da tənqid olunur.
- Təbii ki, onlara ehtiyac yoxdu. Neynirik “milliləşdirilmiş” futbolçunu? Onsuz da məğlubiyyət məğlubiyyətdi. Bu üzdən gənclərə şans verməli, onlara inanmalıyıq. Öz uşaqlarımız olsa, oyanaya-oynaya nə vaxtsa nəticə göstərəcəklər. Legionerə ehtiyac yoxdu. Bir yol seçmək lazımdı. Məşqçi dəyişiklikləri bizə heç nə verməyəcək. Yığmamızın baş məşqçisi Fernando Santuşun 70 yaşı, 5 il müqaviləsi var. İnanmıram ki, 5 il yaşaya bilə. Öz dərmanı ilə məşğul olacaq, yoxsa bizim milli ilə? Amma daha gənc məşqçi olsa, gücünü ortaya qoya bilər.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-04-2024, 16:0

“Qarabağ” çox güclüdü, yoxsa qalan komandalar zəifdi?

Premyer-liqa / Manşet

5-04-2024, 21:0

“Neftçi” ilə “Sabah” performansını artırmaq əvəzinə yerində sayır” – Erkin İbrahimov niyə belə dedi?

Aktual / Avropa Liqası

18-12-2023, 12:0

“Qarabağ”a uyğun bir-iki rəqibin adını çəkmək mümkündü, qalan klublar isə..."

Manşet / Çempionlar Liqası

20-08-2024, 18:0

“Bu "Dinamo" "Qarabağ"a çox müqavimət göstərə bilməyəcək”- Zaur Ramazanov

Premyer-liqa / Manşet

8-10-2023, 15:0

“Kaş ki ölkə çempionatında "Qarabağ"la mübarizə aparacaq səviyyədə klublar olaydı”

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə