"Kəpəz" sabah Misli premyer-liqasının 10-cu turunda "İmişli"yə qarşı matça itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.
Heyətdə başqa zədəli və ya cəzalı futbolçu yoxdu.
Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17.30-da Gəncə şəhər stadionunda start götürəcək.
Abubakar "İmişli" ilə oyunu buraxacaq
Ölkə futbolu





