O, “Football-plus.az”a açıqlamasında oturum izninin alınmasının 5-6 ay çəkəcəyini və bu zaman kəsimində “Zirə”nin heyətində oyunçu kimi çıxış edəcəyini bildirmişdi. 3 gün əvvəl, yəni ayın 17-də minifutbol çempionatının 6-cı turunda Xətai Bağırovun protokolda “İnter”in baş məşqçisi kimi qeyd olunması təəccüb doğurdu. Çünki bir şəxsin eyni zamanda həm baş məşqçi, həm də oyunçu olması ən azı absurddu. Maraq doğuran məqamı aydınlaşdırmaq üçün yenidən Xətai Bağırovla danışdıq:
“Zirə” ilə müqavilə bağladığım üçün 6-cı turdan sonra “İnter”dən ayrıldım. Mövsümün sonuna qədər “Zirə”nin heyətində oyunçu kimi çıxış edəcəm”.
KAMAL SƏFƏR



