Komanda 4 xal toplamaqla A qrupunda sonuncu pillədə qərarlaşdı. Maraqlıdı ki, bu mərhələnin son iki matçı üçün açıqlanan iştirak ərizəsində millimizin və "Araz-Naxçıvan"ın aparıcı oyunçusu Xətayi Bağırovun adı yox idi. Belədə o nə Rumıniya ilə ev (5:5), nə də Niderlandla səfər (0:3) oyununda meydana çıxdı. Bunun səbəbini öyrənmək üçün Xətai Bağırovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Ços təəssüflənirəm ki, komandamıza kömək edə bilmədim. Çünki yüksək liqanın 7-ci turunun "Araz-Naxçıvan" - "Neftçi" İK oyununda zədələnmişəm. Diz nahiyəmdə kəskin ağrılar var idi. Hazırda müalicə alıram. Vəziyyətim yaxşıya doğru gedir. Həkimlərin dediyinə görə, bir neçə gündən sonra qaçmağa başlaya bilərəm. Yığmamıza gəlincə, komanda yoldaşlarım mənim yerimi doldurmağa çalışdı. Nəticə istədiyimiz kimi olmasa da, əllərindən gələni etdilər. İnşallah, daha yaxşı nəticələr qazanacağıq".
KƏNAN BAHADIR





