Ronaldo daha bir titul şansını əldən verdi

1.11.2024 14:37 267
Dünya futbolu
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında daha bir titul qazanmaq şansını əldən verib.

Onun formasını geydiyi “Əl-Nəssr” Kral Kubokunun 1/8 finalında uğursuzluq yaşayıb. Ronaldonun komandası evdə “Əl-Taavun”la oyunda minimal hesabla uduzub. Yeganə qolu 71-ci dəqiqədə qonaqların müdafiəçisi Flavio vurub. 39 yaşlı Kriştiano 90+6-cı dəqiqədə penaltini qola çevirə bilməyib. Nəticədə “Əl-Nəssr” mübarizəni dayandırıb.

Qeyd edək ki, Ronaldo hazırkı komandası ilə indiyədək iştirak etdiyi 9 turnirdən yalnız birində qalib gəlib.